İnsanlara hürriyət, millətlərə istiqlal!

20 Yanvar şəhidlərinin xatirəsi sükutla yad edildi - VİDEO

528 20.01.2026 12:00 Ölkə A A

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut elan edilib.

Musavat.com bildirir ki, bu anlarda Bakı Dəniz Limanına yan alan gəmilər, eləcə də paytaxtın yollarında hərəkətdə olan avtomobillər səs siqnalları verərək Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciəni ehtiramla anıblar.

Eyni zamanda Bakı metropolitenində qatarlardan fit səslərinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib. Bu sükut anı 20 Yanvar şəhidlərinin əziz xatirəsinə göstərilən ümumxalq hörmətinin və ehtiramının ifadəsi olub.

Xalidə Gəray,
Video müəllifindir,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR