İnsanlara hürriyət, millətlərə istiqlal!

20 motokuryerin narkotik daşıdığı aşkarlanıb

1063 14.11.2022 17:03 Kriminal A A

Bu il 20 motokuryer tərəfindən narkotik daşınması faktı aşkarlanıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, son təhlillərə əsasən, motokuryer kimi fəaliyyət göstərən və sürücülük vəsiqəsi tələbi olmadan idarə olunan nəqliyyat vasitələrinin kobud şəkildə yol-hərəkət qaydalarını pozduğu üzə çıxıb.

Belə ki, məhz mopedlərin iştirakı ilə 1 ölüm, 10 xəsarətlə nəticələnmiş 10 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 20-yə yaxın narkokuryerlik faktı aşkar edilib.

Gündəlik xronikalara əsasən, mopedlər tərəfindən xəsarət və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin artması, sərxoş halda, narkotik vasitənin təsiri altında yol hərəkəti qaydalarını heçə sayaraq digər hərəkət iştirakçıları üçün təhlükələr yaratması müşahidə olunur.

Sosial şəbəkə istifadəçiləri tərəfindən də həmin şəxslərin narkokuryerliklə məşğul olmaları ciddi narahatlıqlara səbəb olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR