İnsanlara hürriyət, millətlərə istiqlal!

1988-ci ilin 18 sentyabr Xankəndi terorrundan 19 sentyabr antiterror tədbirlərinə- Tarixi qisas

1535 21.09.2023 12:19 Yazarlar A A

 

Milli Məclisin deputatı Kamal Cəfərov 1988-ci ilin 18 sentyabrında baş verən Xankəndi terroru və 2023-cü ilin 19 sentyabrında Ordumuzun 23 saata separatçılar üzərində qazandığı zəfərdən yazıb.

Musavat.com həmin yazını olduğu kimi təqdim edir:

1988-ci il 18 sentyabr tarixində erməni seperatçıları Xankəndi şəhərində yaşayan azərbaycanlılara qarşı terror hərəkatı başladı. Onların gözləri qarşısında evlərini yandırdılar, mülklərini talan etdilər, əli yalın, silahsız, müdafiəsiz vətəndaşlarımıza hücum etdilər və onlara qarşı etnik təmizləmə cinayəti həyata keçirdilər. Həmin vaxt insanlarımız böyük qəzəb hissi ilə alışıb yanırdı, əlacsızlıqdan, böyük kədər hissi ilə qəlblərində düşünürdülər: Bizim qisasımızı kim alacaq?

JAN90_10.jpg (73 KB)

35 il sonra, erməni terrorunun səhəri günü 2023-ci il 19 sentyabr tarixində anti-terror tədbirlərinə başlanıldı. 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində 90-dan artıq döyüş mövqeyi və bir sıra əhəmiyyətli obyektlər nəzarətə götürüldü. Qarabağdakı qondarma rejim ağ bayraq qaldırdı, təslim oldu.

Bununla da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tarixi ədaləti bərpa etdi, həm də 1988-ci ildə erməni terroruna məruz qalan xalqımızın qisasını aldı. İlham Əliyev bizə şərəfimizi geri qaytardı, xalqımızı ulu etdi.

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçirilir.

Bu günün həm də böyük rəmzi mənası var. Çünki bu gün həm də Ermənistanın müstəqillik günüdür. Vaxtilə AXC qurucularının onlara bağışladığı İrəvan hesabına qurulan, müxtəlif dövlətlərin himayədarlığı hesabına yaşayan və bu gün hər kəsə xəyanət edən, hər kəsə yük olan Ermənistan dövləti xəstə təfəkkürün və yanlış ideologiyanın əsirinə, sonra da qurbanına çevrildi.

Ermənistanın yeganə qurtuluşu isə bu ideologiyadan tamamilə imtina etməkdir.

Hazırda Ermənistan hökuməti Qərbi Azərbaycan İcmasının sülh və barışığa əsaslanan çoxsaylı müraciətlərinə baxmayaraq, azərbaycanlıların öz vətənlərinə qayıtmasına imkan vermir. Biz etnik təmizləmə törədənlərin və qayıdışa mane olanların məsuliyyətə cəlb olunmasını, qayıdış hüququmuzun təmin edilməlisini tələb edirik.

2ec33c37-beb2-3b2b-bda5-08a410c8e7b5_850.jpg (91 KB)

Bununla bağlı beynəlxalq təşkilatlarla uğurlu kommunikasiyalar qurulub. AŞPA-ya üzv 10 ölkənin 31 deputatı bizim geri qayıdışı hüququmuzla bağlı bəyannamə qəbul edib. Bu istiqamətdə İcma tərəfindən sistemli fəaliyyət həyata keçirilir. 

Və inanırıq ki, biz də Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi ilə öz dədə-baba torpaqlarımıza sülhlə qayıdacağıq.

 

Kamal Cəfərov,
Milli Məclisin deputatı
196b0842db5a03dde7c20f1cb0c4fc5b.jpg (74 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR