İnsanlara hürriyət, millətlərə istiqlal!

17 yaşlı Qafarovun ailəsinə Rusiya vətəndaşlığı verən polisə qarşı iş açılıb

989 26.01.2024 18:23 Dünya A A

Rusiyanın Belqorod vilayətində “Mübarizə arıları” dəstəsinin başçısının ailə üzvlərinə qanunsuz olaraq vətəndaşlıq verilməsi faktı ilə bağlı cinayət işi açılıb. Musavat.com xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Qafarovlar ailəsi 2011-ci ildən Belqorod vilayətində yaşayır. Azərbaycan əsilli ailə Rusiyaya Ukraynadan köçüb. 2022-ci ilin aprelində onlar daimi yaşayış yeri kimi Kaluqa vilayətinin Prudkovo kəndini göstərərək Rusiya vətəndaşlığı üçün müraciət ediblər.

Polis ailənin əsl ünvanını dəqiqləşdirməyib və bütün üzvlərə vətəndaşlıq verib. İndi sənədlərin verildiyi idarədə yoxlama aparılır. Qanunsuz vətəndaşlıq verilməsində iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşları səhlənkarlıq maddəsi ilə cərimə və ya üç ayadək həbs cəzası gözləyir.

Bir müddət əvvəl isə 17 yaşlı Amil Qafarovun rəhbərlik etdiyi “arılar” dəstəsinin saxlanılması ilə bağlı xəbər yayılıb. Bir qrup yeniyetmə yerli həmyaşıdlarına qarşı bir sıra amansız hücumlar həyata keçirib. Onlar törətdikləri əməlləri lentə alaraq teleqram kanalında yerləşdirdilər. Dəstə başçısı iki ay müddətinə həbs edilib. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci “Milli mənsubiyyətə görə nifrət və ya ədavət salma” və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci “Bir qrup şəxs tərəfindən milli mənsubiyyət əsasında adam öldürməyə cəhd” maddələri ilə cinayət işi açılıb.

Dəstə üzvlərini yaşları az olduğu üçün məhkəmə iclası bağlı qapılar arxasında keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR