İnsanlara hürriyət, millətlərə istiqlal!

17 yaşlı kolleksioner - o, audio-kaset yığır - FOTOLAR

1521 29.03.2022 16:13 Yaşam A A

17 yaşlı Əli Hüseynovun maraqlı hobbisi var. O, retro musiqiləri sevir və həmin musiqilərin audio-kaset kolleksiyasını yığır.

Təxminən 2 il öncə bu işə başlayan Əli deyir ki, lap uşaqlıqdan retro mahnılara sevərək qulaq asır, indi də “İnstagram” sosial şəbəkəsində retro mahnılara dair videolar hazırlayıb paylaşır və bu paylaşımlar çox maraqla qarşılanır.

Bəs o, kolleksiyasındakı audio-kasetləri necə əldə edir, haradan tapır?

Əli deyir ki, ilk də Azərbaycanın xalq artisti, mərhum İlhamə Quliyevanın 1996-cı ildə hazırladığı musiqi albomu olub. Sonra o, başqalarından, dost-tanışlarından saxlayıb, atmadıqları audio-kasetləri almağa başlayıb. “Amma bəzən kasetləri əldə etmək o qədər də asan olmur, çünki çox adam köhnə kasetləri atdıqlarını deyir. Hətta bəziləri mənə deyirlər: “Audio-kaset hələ yaşayır?”. Bir çoxları bunu ciddi-ciddi soruşur.

Gənc kolleksionerin kolleksiyasında 350 audio-kaset var. Ölkəmizin musiqi sənətçilərinin, demək olar ki, hamısının kasetləri, albomları var. Onun özü Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Yaqub Zurufçunun, Flora Kərimovanın, Aygün Kazımovanın, Faiq Ağayevin və başqalarınn mahnılarını daha çox sevir.

9-cu sinifdə oxuyarkən jurnalist olmaq istəyən Əli gələcəkdə incəsənət sahəsində işləyəcəyinə dair qərar verib.

Ləman Rüfətqızı, Anar Əhməd,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR