İnsanlara hürriyət, millətlərə istiqlal!

12 uşaq atası olan 73 yaşlı yeni Küveyt əmiri kimdir?

1283 16.12.2023 22:46 Dünya A A

Xəbər verdiyimiz kimi, Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib.

Küveytin yemi əmiri Mişal əl-Əhməd əl-Cabir əs-Sabah olub.

1940-cı il ildə anadan olan Şeyx Məşəl Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın qardaşıdır.

Şeyx Məşəl ibtidai təhsilini paytaxt Küveytdəki Mübarəkiyyə məktəbində alıb. O, təhsilinə İngiltərədəki Hinden Polis Kollecində davam edib və 1960-cı ildə oranı bitirib.

Şeyx Məşəl Küveytin Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsi ilə 1967-1980-ci illərdə Dövlət Təhlükəsizliyi Təşkilatının rəisi vəzifəsində fəaliyyət göstərib. O, 2004-cü ildə Milli Qvardiyanın rəis müavini olub. Küveyt əmiri Şeyx Nəvafın 15 noyabr 2021-ci il tarixli qərarı ilə Şeyx Məşəl vəliəhd təyin edilib.

Şeyx Məşəlin 7-si qız olmaqla, ümumilikdə 12 övladı var. (Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR