İnsanlara hürriyət, millətlərə istiqlal!

110 ölkə Dubayda razılığa gəldi

879 02.12.2023 22:45 Dünya A A

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Dubayda keçirilən 28-ci Tərəflər Konfransında iştirak edən 110-dan çox ölkə mədən yanacaqlarından istifadəni azaltmaq üçün 2030-cu ilə qədər dünyanın bərpa olunan enerji potensialını 3 dəfə artırmaq barədə razılığa gəlib.

Musavat.com xəbər verir ki, bunu BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in sədri Sultan bin Əhməd Əl-Cabir deyib.

Yüksək səviyyəli sessiyada çıxış edən Əl-Cabir enerji sektorunun qlobal dekarbonlaşdırılmasına yönəlmiş təşəbbüsü təqdim edib. Bu, cəlb olunan ölkələrin bərpa olunan mənbələrdən enerji istehsalını birlikdə 11 min GVt-a qədər artırmasını, həmçinin enerji səmərəliliyinin artırılmasının orta illik sürətini 2 faizdən 4 faizə çatdırmasını nəzərdə tutur:

“Biz bu öhdəliyi təsdiqləyən 117 ölkədən imza almışıq. Missiyamıza və istəklərimizə inananları, bu sazişi imzalayanları yüksək qiymətləndirirəm, lakin bizə daha çox lazımdır. Ona görə də bütün tərəflərdən bu təşəbbüsə mümkün qədər tez qoşulmalarını xahiş edirəm”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR