İnsanlara hürriyət, millətlərə istiqlal!

11 milyon vergi borcu olan iş adamı öldü - 14 il bu səbəbdən azadlıqda qalmışdı

3245 22.03.2022 14:47 Hadisə A A

Bir neçə MMC-nin sahibi kimi biznes fəaliyyəti ilə məşğul olan İntiqam Kərimov vəfat edib.

Musavat.com xəbər verir ki, o, cinayət əməli törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək imkanından məhrum olmuşdu.

Bu nəticəyə hələ 2007-ci ildə Xətai rayon Məhkəməsi gəlmişdi. Müxtəlif MMC-lərin rəhbəri olan İntiqam Kərimovun vergiyə 11 milyon manatdan çox borcu var idi. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılandan sonra psixi problemləri yaranmağa başlayıb.

Buna görə də İntiqam Kərimov sağalanadək cinayət işi üzrə icraat dayandırılmışdı. Bir neçə dəfə icraat yenilənərək onun barəsində yenidən ekspertiza təyin edilmişdi. Lakin müayinələr zamanı İntiqam Kərimovun hələ də sağalmadığı müəyyən edildiyi üçün icraat yenidən dayandırılmışdı.

14 ilə yaxın psixi müalicə alan İntiqam Kərimov bir müddət əvvəl vəfat etdiyi üçün onun barəsindəki cinayət işinə xitam verilib. Cinayət işinin davam etdirilməsi üçün onun ailə üzvlərindən birinin hüquqi varis kimi tanınması lazım idi. Lakin onun ailə üzvləri bu işdə maraqlı olmayıb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR