İnsanlara hürriyət, millətlərə istiqlal!

10 yaşlı uşaq internetdən virtual eynək almağa icazə verməyən anasını GÜLLƏLƏDİ FOTO

793 03.12.2022 18:29 Hadisə A A

ABŞ-ın Viskonsin ştatında 10 yaşlı uşaq anasının onlayn alış-veriş hesabına daxil olaraq virtual reallıq eynəkləri almaq istəyib.

Musavat.com xəbər verir ki, anası buna etiraz edəndə kiçik oğlan anasını tapança ilə öldürüb və virtual reallıq eynəkləri sifariş verib.

Anasını öldürən uşaq ilk ifadəsində onun ehtiyatysızlıqdan özünü güllələdiyini deyib.

Oğlan daha sonra ifadəsini dəyişərək, silahı anasına tuşlayaraq anasını qəsdən öldürdüyünü etiraf edib. Oğlan polisə verdiyi ikinci ifadəsində silahı divara tərəf tutaraq divara atəş açaraq anasını qorxutmaq istədiyini, güllənin anasına dəydiyini bildirib.

Uşaqla görüşən xalası onun çox soyuqqanlı olduğunu, heç bir peşmanlıq əlaməti olmadığını və yalnız anasını öldürdüyünə görə peşman olduğunu bildirib.

Qeyd olunub ki, polis tərəfindən saxlanılan uşaq törətdiyi qətlə görə mühakimə olunacaq və yaşından asılı olmayaraq böyüklərə verilən cəza ona da tətbiq olunacaq.

Musavat.com

10 yaşındaki çocuk, internetten sanal gözlük almasına izin vermeyen annesini silahla vurarak öldürdü

10 yaşındaki çocuk, internetten sanal gözlük almasına izin vermeyen annesini silahla vurarak öldürdü

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR