İnsanlara hürriyət, millətlərə istiqlal!

10 mindən çox şəxsə ödənişsiz təhsil təqaüdü təqdim olunub

690 12.07.2024 11:31 Təhsil A A

"Qızların təhsilinə dəstək proqramı" çərçivəsində təqaüdlər ayrılıb.

Musavat.com xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov məlumat verib.

O bildirib ki, proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Fondun birgə əməkdaşlığı ilə keçirilib:

"İlkin mərhələdə seçilmiş 25 nəfər təqaüdçünün sırasına daha sonra 55 nəfər qız da əlavə edilib. Beləliklə ümumilikdə 80 tələbə qız təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin olunub".

E.Nəsibov onu da əlavə edib ki, "4Sİ Akademiyası" layihəsi çərşivəsində müraciət edən 10 mindən çox şəxsə 1 il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan "Coursera" üzərindən dünyanın nüfuzlu universitetlərinin, şirkətlərinin təqdim etdiyi ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700- dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim olunub:

"Layihəyə nəticəsində 8000 nəfər iştirakçı olub. 800-ə yaxın kursa ödənişsiz girişə nail olunub. 2700-ə yaxın tamamlanmış kurs və əldə olunmuş sertifikatlar mövcuddur".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR