İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbovun qərarı ilə yaradılan dövlət qurumu LƏĞV EDİLDİ

1265 02.12.2025 10:24 Son xəbər A A

Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.

Musavat.com Modern.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Qurumun adı artıq bir çox rəsmi sənəddən çıxarılıb.

Bundan sonra Naxçıvanda qaz təchizatına "Azəriqaz" İstehsalat Birliyi nəzarət edəcək.

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə məlumat yayılıb.

Naxçıvan Qaz İstismar Xidməti 2019-cu ildə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən yaradılmışdı.

Xatırladaq ki, bir müddət əvvəl Muxtar Respublikanın Dövlət Energetika Xidməti də ləğv olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR