İnsanlara hürriyət, millətlərə istiqlal!

Qusar xəstəxanasının direktoru cərimələndi - SƏBƏB

3127 22.07.2025 17:01 Son xəbər A A

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Kamil Hacıyev 350 manat cərimə olunub.

Musavat.com xəbər verir ki, buna səbəb Qusar rayonu Həzrə kənd həkim məntəqəsində keçirilən planlı yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasının aşkar edilməsi olub.

Buna görə də xəstəxananın direktoru Kamil Hacıyev inzibati qaydada 350 manat cərimə olunub.

K.Hacıyev məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edib. Məhkəmə onun şikayətini təmin etməyib.

Xatırladaq ki, vaxtı ilə Bakı Sağlamlıq Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri olmuş Kamil Hacıyev ötən ilin fevralında Qusar xəstəxanasına təyinat alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR