İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhv olmuş “artsax” keşişinin Paşinyana səcdəsi qəzəb yaratdı - Ermənistan kilsəsində yeni qarşıdurma

717 30.11.2025 17:04 Son xəbər A A

Ermənistanda kilsə ətrafında böhran daha da dərinləşir.

Musavat.com xəbər verir ki, bu gün Erməni Apostol Kilsəsinin (AАC) məhv edilmiş “artsax” yeparxiyasının rəhbəri, yepiskop Vrtanes Abramyanın hərəkətlərindən hiddətlənmiş hüquq müdafiəçiləri onun İrəvandakı müvəqqəti iqamətgahı önündə toplaşıb.

Etirazçılar onunla şəxsən görüş tələb edib və izahat istəyiblər. Narazılığın səbəbi: Abramyanın katolikos əleyhdarı digər din xadimləri ilə birlikdə Nikol Paşinyanla görüşə getməsi.

Aksiyada iştirak edən revanşist hüquqşünas Roman Yeritsyan elə oradaca yepiskopa zəng etməyə cəhd edib, lakin Abramyan zənglərə cavab verməyib. Yeritsyan bildirib ki, yeparxiya rəhbəri Paşinyana “baş əyməsinə” görə ictimai şəkildə üzr istəməlidir, çünki Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını açıq bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR