İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə yarısı tələbələr universitetin binasında aksiya keçirdi - Qovulmaqla hədələndilər

725 30.04.2024 23:26 Dünya A A

ABŞ-da Texas Universitetində tələbələrin etiraz aksiyası zamanı 79 nəfər həbs olunub.

Referans.az xəbər verir ki, ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətinə və universitetlərin İsrail şirkətləri ilə əməkdaşlığına etiraz edən tələbələrin aksiyaları ölkə boyu davam edir. Nümayişlərin mərkəzi hesab olunan Kolumbiya Universitetində tələbələrin uzaqlaşdırılmasına başlanılıb. Buna etiraz edən tələbələr “Hammilton Hall” adlandırılan korpusu zəbt ediblər. Onlar aksiyalara qoşulmuş tələbələrin bağışlanmasını tələb edirlər.

Aprelin 30-u səhər saatlarında, həmçinin Şimali Karolina Universitetində onlarla nümayişçi həbs olunub.

Kaliforniya Politexnik Universitetində isə 35 nəfər həbs olunub. Nizam-intizamın bərpası məqsədilə universitetin mayın 10-na kimi bağlanacağı bəyan edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR