Xanım İsmayılqızının rəhmətə gedən oğlunun - FOTOLARI
Ötən gün şairə, mahnı bəstəçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım İsmayılqızının oğlu dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, bu barədə şairənin sosial şəbəkədəki dostları məlumat verib. Onlar Xanım İsmayılqızına başsağlığı bildirməklə yanaşı, həmçinin mərhumun cavan olduğunu da təəssüflənərək qeyd ediblər.
Orta məktəbini Eldar Məmmədov adına 189 №-li tam orta məktəbdə oxuyan Fərid Əliyev 1996-cı ildə məzun olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub və oranı da uğurla bitirib.
Qeyd edək ki, şairənin oğlu Fəridin ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.