İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB koronavirus zamanı antibiotikdən istifadə ilə bağlı xəbərdarlıq edib

2541 11.03.2022 15:47 Son xəbər A A

“Koronavirus dövründə antibiotiklərin istifadəsi düzgün deyil”.

APA xəbər verir ki, bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib. Onun sözlərinə görə, bu xəstəlik virusla yoluxduğu üçün onun müalicəsində antibiotiklər işə yaramır:

“Çünki viruslar hüceyrəvi quruluşa malik deyil. Antibiotiklər bakteriyaları məhv edir. Eyni zamamda daha bir yanlış fakir var ki, antibiotik hərarəti salır. Əksinə, antibiotik hərarət salmaq üçün düzgün vasitə deyil. Antibiotik bakteriyanı öldürür, buna görə hərarət normallaşır”.

Şöbə müdiri qeyd edib ki, koronavirus dövründə virus bədəndə viral prosesi başladır, antibiotik istifadəsi zamanı isə ona daha bir bakteriya qoşulur:

“İlkin müalicə virus əleyhinə preparatlardır. Ondan sonrakı müddətdə infeksionistlər test aparır, ehtiyac olduğu halda istifadəsi tövsiyə edilir. İnsanların özbaşına koronavirus xəstəliyini antibiotiklərlə müalicə etməsi doğru deyil və olduqca təhlükəlidir” – o deyib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR