İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan əsgərləri erməni postuna hücum etdi

15924 02.07.2014 22:10 Ölkə A A

Virtualaz.org saytı bu barədə erməni nəşrlərinə istinadən bildirir. Xəbəri “Novosti Armenii” agentliyi yayıb.

“İyulun 1-də saat 15:00 radələrində Tavuş vilayətinin Ayqepar kəndi istiqamətində Azərbaycan ordusunun əsgərləri erməni ordusunun döyüş postlarından birini mühasirəyə alaraq ələ keçirməyə cəhd edib. Lakin Azzərbaycan tərəfinin bu cəhdinin qarşısı alınıb. Ermənistan ordusu heç bir itki verməyib” - deyə Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsryun Ovannisyan erməni mətbuatına açıqlamasında bildirib.

Qeyd edək ki, son həftələr ərzində erməni ordusu Azərbaycanın yaşayaış məntəqələrini və dinc sakinləri, o cümlədən Naxçıvanı intensiv şəkildə atəşə tutur.

Həmçinin erməni nəşrlərinin yaydığı məlumata görə, erməni hərbçiləri Ermənistan-Naxçıvan sərhədindəki neytral dağlıq zonada bəzi yüksəkilikləri ələ keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR