İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayxan Məmmədov iş axtarır

1173 30.07.2014 08:00 Ölkə A A

Dünən isə əməkdaşımızın israrlı telefon zəngləri də A.Məmmədov tərəfindən cavabsız buraxıldı. A.Məmmədovun nənəsi, S.Babayevanın anası Zəhra Babayeva isə müxbirimizlə söhbətində ondan bir daha nəvəsi barədə heç nə yazmamağı xahiş etdi. Ailə adlarının daha mətbuatda hallandırılmasını istəmir və bunun onlara başağrısı yaradacağını düşünür: “Bu günə qədər yazdınız, çox sağ ol. Daha bizi narahat etməyin”.

Əldə etdiyimiz məlumata görə, həbsdən yenicə çıxan A.Məmmədov hazırda evdədir və ailəsi ilə vaxt keçirir. S.Babayevanın oğlu iş axtarışındadır və bütün yaxınlarına, dostlarına işlə bağlı soraq salıb. 

Xatırladaq ki, ittihama görə, Ayxan Məmmədov  “Favorit” marketdə oğurluğa cəhd etdiyi üçün Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, bu il iyunun 25-də həbs edilmişdi.

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR