İnsanlara hürriyət, millətlərə istiqlal!

Zavod işçiləri etiraz edir: “Saxta sənədlə bizi köçürüb, kompensasiynı mənimsəmək istəyirlər” - VİDEO, FOTOLAR

3952 14.05.2016 09:17 Son xəbər A A

Xətai rayonu, Cavanşir küçəsi 14 ünvanında yerləşən iki yataqxananın sakinləri köçürülür. Lakin köçürmə prosesi zamanı sakinləri narazı salan məqamlar yaşanmaqdadır. Keçmiş avtomobill zavodunun və toxuculuq fabrikinin işçiləri olan  sakinlər onlara veriləcək mənzillərin qeyri-qanuni yolla başqalarının adına siyahıya alınmasına etiraz edirlər. 

Sakinlər Xətai rayon icra nümayəndələrinin və MİS rəhbərinin saxta sənədlər verdiyini və kompensasiyanı düzgün hesablamadığını bildiriblər. 

Musavat.com-un müxbiri adıçəkilən ünvanda olub və sakinlərin şikayətlərini dinləyib.
Əvvəlcə onu qeyd edək ki, binada məskunlaşan keçmiş avtomobil zavodunun işçilərinə 1993-ci ildə order verilib, onlar da bunun əsasında mənzil alacaqları günü gözləyiblər. 
Lakin 2003-cü ildən zavodun binası mənzil-istismar sahəsinin (MİS)  balasına keçib. Bina qəzalı vəziyyətdə olduğu üçün bu ildən Nazirlər Kabinetinin qərarı ilə sakinlərin köçürülməsinə başlanılıb. 

Lakin bina sakinləri illərdir bu binada yaşadıqları halda adları siyahıya alınmayıb. Onlar iddia edirlər ki, MİS rəisi  zavoddan onlara verilən  orderləri qüvvədən düşmüş  hesab edir  və qeyri-qanuni yolla siyahılaşdırma aparılır. 

Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də ,heç bir nəticə verməyib.
Onların dediyinə görə, 122 saylı MİS rəisi və avtomobil zavodunun həmkarlar ittifaqının sədri əlbir olub, sakinlərə veriləcək kompensasiyanı mənimsəyiblər: “Hər 18 kvadratmetr üçün 45 min manat verildiyi halda, bizə bir otağın pulunu verirlər. Hər gün qapını döyürlər ki, çıxın gedin. Bir sözlə, bizə az məbləğ təklif edib, hədələməklə  çıxarmağa çalışırlar. Onlarla ailəyə bu şəkildə davranırlar”.

Qeyd edilən ünvanda, mənzil 95- də yaşayan Söylü Məmmədqızı Güləliyeva “ Uzun illər  bu zavodda çalışmışam. Zavod tərəfindən mənə order də verilib. Neçə ildir mənzil siyahısındayam, lakin mənə veriləcək 45 min manat kompensasiyanı başqasına  veriblər.  2003-ci ildə Xəyal Vəliyev adlı şəxsin adına saxta order düzəldib, kompensasiyanı ona veriblər. 45 min manatın yarısını ona verəcəklərini söyləyiblər. Bir sözlə, kompensasiyanı rüşvət aldıqları adamların adına rəsmiləşdirib, saxta orderlər hazırlayaraq, pulları mənimsəyiblər”.

Məsələ ilə bağlı 122 saylı MİS-in rəisi ilə əlaqə saxladıq. O, bina sakinlərinin dedikləri ilə razılaşmadı: “ Sakinlər bu barədə Xətai Rayon İcra Hakimiyyətində də olublar. Bu barədə xəbərim var. Onların göstərdikləri xidmətlər əvəzsizdir. Lakin saxta order və yaxud kompensasiya məsələsi doğru deyil. Kimin əlində orderi var, icra hakimiyyətinə yaxınlaşa bilər, problemini deyə bilər. Bu işlərə mənim səlahiyyətim çatmır”.

Yazıda adı keçən digər tərəflərin də mövqeyini dərc etməyə hazırıq. 

Məğrur Mərd
Fotolar və video müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR