İnsanlara hürriyət, millətlərə istiqlal!

Son kadr dəyişikliyinin pərdəarxası

3473 31.10.2015 09:30 Yazarlar A A

Seçkilər iqtidar daxilindəki amansız savaşı dondura bilmədi. Hakimiyyət komandasındakı münaqişə hələ də öz həllini tapmayıb və ehtimal etmək olar ki, seçkidən dərhal sonra savaş baltaları daha amansız formada havada silkələnməyə başlayacaq. 

Bu gün seçkilərə müxalifətin iştirakı olmadan qatılan iqtidar öz daxilində atəşkəs elan etməyə cəhd belə etmədi. 

Ehtimal etmək olar ki, kompromat savaşı daha da dərinləşməyə meyllidir və seçkidən sonra adıçəkilən müharibə daha amansız müstəviyə keçə bilər. 

Ona da diqqət yetirmək lazım gəlir ki, seçkilərdən dərhal sonra ölkədə kadr dəyişiklikləri qaçılmazdır. Dövlət başçısının harınlamış məmurları ciddi ittiham etməsi, beynəlxalq təşkilatların hakimiyyət dəhlizlərini odioz simalardan təmizləməsini tələb etməsi bir çoxlarını narahat edir.

Heç kəs “günah keçisi” olmaq istəmir və odur ki, öz postunu qorumaq və rəqibini sıradan çıxartmaq üçün gözləmə mövqeyinə keçib. Xatırladaq ki, 2003, 2005 və digər illərdə də seçkilər ərəfəsində iqtidar daxili kompromat savaşı müşahidə edilirdi və seçkilər bitən kimi tərəflər daha amansız və qəddar müharibəyə başladılar. Ehtimal etmək olar ki, bu dəfə də belə olacaq. Əgər onu da nəzərə alsaq ki, artıq bir çox kadrların postlarını itirməsi qaçılmaz prosesə çevrilib, kompromat savaşının daha ağır olacağını ehtimal edə bilərik.
Araşdırmaçılar belə hesab edirlər ki, bu dəfə  də “köhnə qvardiya”nın rəqibləri üçün daha böyük sınaqlar ola bilər. 

Ötən məqalələrdə də vurğuladığımız kimi, “köhnə qvardiya” İlham Əliyev hakimiyyətə gələn andan etibarən, 2003-cü ildə, 2005-ci ildə, 2008-ci ildə, 2010-cu ildə keçirilən seçkilərdə hakimiyyətə qələbə qazandırıb.

Onu da unutmaq olmaz ki, 2009-cu ildə “köhnə qvardiya”nın təşəbbüsü ilə keçirilən eyni şəxsə üçüncü dəfə ölkə başçısı seçilmək hüququ verən referendum “ikinci hakim ailənin” iqtidara gəlişini əngəlləyə bildi. 

Prinsip etibarilə, bu addım 2003-cü ildə “köhnə qvardiya”nın təkbaşına iqtidar hədəfinin “ikinci ailə” tərəfindən alınmasının cavabı idi.  

Son parlament seçkilərində də “ikinci hakim ailə” bir xeyli deputat mandatına malik ola bildi. Eyni zamanda, bu komanda bir sıra nazirliklər üzərində təsir dairəsini qoruya bildi. Bu taktiki qələbə “yeniləri” 2013-cü ili də hədəf seçməyə həvəsləndirdi. İqtidardakı əsas rəqibinə zərbə endirə bilməkdən ötrü “ikinci hakim ailə” “köhnə qvardiya”nın xarici əlaqələrinə zərbələr vurdu. 

Müasir dünyada siyasi prosesləri həll edən başlıca amillərdən biri də maliyyədir və bu baxımdan mövcud iqtidara ən böyük müxalifət də bu düşərgənin özündədir. “İkinci hakim ailənin” müxalifət düşərgəsində, mətbuatda, “üçüncü sektorda” özünə dayaq tapması və İ.Əliyevi tənqid hədəfindən yayındıraraq, əsas nişangah kimi “köhnə qvardiya”nı atəş xəttinə çıxartması irəli gedən planlardan xəbər verir. Əgər “ikinci hakim ailə” bu templə irəliləyə bilsə, prezident qərarlarının qəbuluna da təsir imkanını genişləndirə bilərdi.

Ehtimal etmək olar ki, seçkilərdən sonra “köhnə qvardiya” iqtidar strukturlarını tam nəzarətə keçirtməyə cəhd göstərəcək. Son illər ərzində Azərbaycanda iqtisadi bloku ələ keçirən, vergilər, gömrük, mədəniyyət və s. nazirliklərə tam nəzarət edən “ikinci ailə”nin təsir dairələrindən kənarda qalan yeganə qurum məhz PA idi. Veteranlar artıq iqtisadi müstəvini və təhlükəsizlik sistemini də dövlət başçısının xeyrinə dəyişməklə, öz maraqlarını onun maraqları ilə uzlaşdırırlar. Burada bir məqama diqqət yetirmək lazım gəlir. PA-ya nəzarət də ələ keçirilərsə, artıq “ikinci ailənin” birinci olacağı, ölkəyə tam nəzarət edəcəkləri birmənalıdır. Görünən odur ki, kadr dəyişiklikləri və rotasiyalar qaçılmazdır. Lakin burada qeyd etmək yerinə düşər ki, sistem dəyişməsə, ölkədə müsbət irəliləyişlər ola bilməz. Odur ki, ehtimal edə bilərik ki. sistemin dəyişdirilməsi də artıq qaçılmazdır...


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR