İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaya qədər tez və səmərəli arıqlamağın sirri - Dörd hissəyə bölməlisiniz!

417 10.04.2024 17:25 Yaşam A A

Yaya qədər effektiv şəkildə arıqlamağın səmərəli yolları ortaya çıxıb.

Bu barədə endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina danışıb.

Başlamaq üçün mütəxəssis pəhrizinizə nəzarət etməyi məsləhət görür. Sonra həkim qeyd edib ki, siz porsiyalarınızı dörd hissəyə bölməlisiniz: karbohidratlar, zülallar, bitki lifləri və yağlar.

“Hər bir yeməkdə mümkün qədər çox protein və bitki lifi olmalıdır: bu, özünüzü tox hiss etməyə kömək edəcək. Meyvə və tərəvəzləri günün birinci yarısında yemək tövsiyə olunur, onlar maddələr mübadiləsini sürətləndirir və vacib vitaminlər, minerallar və antioksidantların mənbəyi hesab olunurlar”, - “İzvestiya” Tananakinadan sitat gətirib.

Həkimin sözlərinə görə, arıqlamaq istəyənlər menyusundan kartof, kök, çuğundur, badımcanı çıxarmalı, yaşıl salatlara, xiyara, turpa, pomidora, kərəvizə üstünlük verməlidirlər. Eyni zamanda o, 300-400 qramdan çox meyvə yeməməyi, yüksək kalorili olduğuna görə banan və üzümdən tamamilə imtina etməyi məsləhət görüb.

Bundan əlavə, Nataliya Tananakina qeyd edib ki, çoxlu su içmək lazımdır. Bu, orqanizmə faydalı təsir göstərir, bütün metabolik prosesləri sürətləndirir və aclıq hissini kütləşdirir.

"Alkoqolla ehtiyatlı olun. Alkoqollu içkilər yüksək kalorili olur, bağırsaq qişasını qıcıqlandırır, bu da iştahın artmasına səbəb olur. Arıqlayan zaman spirtli içkilərdən tamamilə imtina etmək məsləhətdir", - endokrinoloq əlavə edib.

Mütəxəssisin fikrincə, arıqlamaq arzusunda olan insanlar idmanla məşğul olmalıdır. Həkim qaçmağı, üzgüçülüklə məşğul olmağı, velosiped sürməyi, güc məşqlərini yerinə yetirməyi və dartınmağı tövsiyə edib. Gündə 30-60 dəqiqə olmaqla həftədə üç-beş dəfə məşq etməlisiniz.

"Bu rejim maddələr mübadiləsini sürətləndirməyə, kaloriləri yandırmağa və əzələ kütləsini artırmağa kömək edəcək. Maddələr mübadiləsini sürətləndirmək və kalori yandırmaq üçün yük kifayət olmalıdır, lakin yorğunluğa və ya zədələnməyə səbəb olacaq qədər ağır olmamalıdır. Yoqa daha az intensiv olsa da, orqanizm üçün kifayət qədər faydalıdır - bu, əzələ tonusunu saxlamağa və yığılmış stressin səviyyəsini azaltmağa kömək edəcək", - Tananakina bildirib.

Sonda ekspert arıqlamaq istəyənlərə yuxunun vacibliyini xatırladıb. Çünki yuxusuzluq hormonların səviyyəsini dəyişmək təhlükəsi yaradır ki, bu da metabolik proseslərin pozulmasına və köklüyə səbəb olacaq. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR