İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızı Təranə Qumralın yalanının üstünü açdı – VİDEO

1243 02.05.2024 19:07 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, müğənni Təranə Qumral dördüncü dəfə ana olduğunu açıqlamışdı. Sənətçi uşağı adlandırdığı körpə ilə canlı efirə çıxmışdı. 

Musavat.com bizim.media-ya istinadən bildirir ki, Təranənin ifaçı qızı Qumral qonaq olduğu "Xəbərin var?" maqazin verilişində anasının dördücü dəfə ana olması məsələsinə aydınlıq gətirib. 

Qumral qısa olaraq bildirib ki, bu, anası Təranənin və "Rəngarəng səhər" verilişinin aparıcısı Zaur Nəbioğlunun qurama şousu idi.

Yəni o körpə Təranə Qumralın uşağı deyil. 

Qeyd edək ki, müğənni Musa Musayevlə evli olan Təranənin Qumral, Fidan və Sevgim adlı qız övladları var. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR