İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəyanətin cəzası nə olmalıdır? - Paytaxt sakinləri arasınada VİDEOSORĞU

3023 10.12.2018 19:00 Reportaj A A

Sosial şəbəkələrdə və mediada xəyanət etdiyi iddiası ilə əri tərəfindən saçı qırxılan gənc qadının şiddət görüntüləri son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Məlum videoda xəyanətə uğradığını deyən  kişi həyat yoldaşının başını qıraxaraq, onu videoya çəkib. Qadının bu cür alçaldılması qınaq obyektinə çevrilsə də, xəyanət məsələsini gündəmə gətirərək bu davranışın normal olduğunu deyənlər də az deyil.

Lakin bütün bu müzakirələr əsnasında daha çox qadının əri qınanılır. Bildirilir ki, istənilən halda burada insan hüquqları pozulub, qadına qarşı zorakılıq baş verib.

Məsələ ilə bağlı ictimai şəxslər də fikir bildiriblər. Ekspertlər hesab edirlər ki, ölkədə ailə institutu təhlükə qarşısındadır. Buna görə də lazımi tədbirlər görülməlidir.

Sözügedən qadının xəyanət etməsi ilə bağlı konkret faktlar olmasa da, ümumilikdə bu əməlin cəzasının nə olması ilə bağlı cəmiyyətimizdə müxtəlif fikirlər mövcuddur. Kimisi xəyanətin cəzasının ölüm olduğunu iddia edir, kimisi isə bunun boşanma ilə nəticələnməsini daha doğru hesab edir. Müzakirələr çərçivəsində kişinin etdiyi xəyanətlə qadın xəyanətinin müqayisəsinə etiraz edənlər və fərqli cəzalar tələb edənlər də az deyil.

Bəs, ailədə qadının və ya kişinin həyat yoldaşına xəyanətinə qarşı tərəfin cavabı, reaksiyası və ya tətbiq etdiyi cəza necə olmalıdır? Cəmiyyətimiz bununla bağlı nə düşünür?

Musavat.com-un müxbiri bu suala aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirib. Fərqli və maraqlı cavabları təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Məğrur Mərd,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR