İnsanlara hürriyət, millətlərə istiqlal!

Katolik xristianları Pasxa bayramını qeyd edir

1100 27.03.2016 06:20 Xəbər xətti A A


Ans-in məlumatına görə, Roma Papası Fransisk Müqəddəs Pyotr Bazilikasında gecə boyu ayıq qalıb, İsa peyğəmbərin ruhuna daular oxuyub.

Pontifik qaranlıq kilsəyə şam ilə daxil olub. Mehraba çatdıqda isə kilsənin işıqları yandırılıb. Papa mərasimdə 12 nəfərin xaç suyuna çəkib.

Vatikan rəhbəri daha sonra çıxışı zamanı insanlara ümid ismarışı verib və qeyd edib ki, qaranlıq və qorxu dünyada hakim olmamalıdır.

"Tanrı bizi ümidsiz xristian olmaq tələsindən xilas etsin. O insanlar, sanki, Tanrı dirilməmişdir kimi davranırlar. Sanki, problemlərimiz həyatımızın mərkəzində durur. Biz daxildə və xaricdə olan problemləri görürük və görəcəyik. Lakin bu gün yenidən dirilən Tanrının işığını problemlərimizin üzərinə sərmək, onu xaç suyuna çəkmək vacibdir”, - Papa Fransisk bildirib.

O deyib ki, Tanrı diridir və diri insanların arasında axtarılmasını istəyir.

Dini mərasimlərin digər məkanlarından biri də İsrailin Vifleyem şəhəri olub. Yüzlərlə xristian zəvvarlar İsa peyğəmbərin anadan olduğu yerə gəlib, İsa peyğəmbərin xatirəsinə şamlar yandırıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR