İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən Ermənistana gedən şəxsə niyə cinayət işi açıldı? - VİDEO

1281 03.04.2024 23:12 Son xəbər A A

Xankəndidən iki nəfər Ermənistana aparılıb.

Məlumata görə, onlar Sarkis Qalstyan və Marqarita Şahnazaryan adlı ər-arvaddırlar. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova Baku TV-yə məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, komitə neytral humanitar təşkilat olaraq 29 mart tarixində iki nəfərin öz xahişi və aidiyyəti qurumların razılığı ilə Qarabağdan Ermənistana köçürülməsinə dəstək verib.

Onu da qeyd edək ki, Xankəndidən Ermənistana aparılan Sarkis Qalstyan və həyat yoldaşı Gorusda saxlanılıblar. Erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, onlar Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüblər.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, martın 30-da Sarkis Qalstyana qarşı “casusluq” ittihamı ilə cinayət işi başlanıb. Qeyd edək ki, S.Qalstyan işğal dövründə Şuşada otellərdən birinin direktoru olub.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR