İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə universitet yaratmaq siyasi baxımdan uğurlu addımdır

849 28.11.2023 14:57 Qarabağ xəbərləri A A

“Qarabağ Universitetinin Xankəndidə yaradılması çox xoş xəbərdir. Qarabağ azad edildikdən sonra orada müxtəlif ali təhsil müəssisələri, peşə məktəbləri, orta məktəblər fəaliyyət göstərəcək”.

Bu fikirləri Musavat.com-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova deyib.

G.Səfərova qeyd edib ki, universitetin məhz Xankəndində fəaliyyət göstərməsi fövqəladə təşəbbüsdür:

gunel-seferova-.jpeg (18 KB)

“Xankəndi Azərbaycan üçün çox strateji şəhərdir. Ümid edirəm ki, Qarabağ Universiteti yüksək keyfiyyətli ali təhsil ocağı olacaq. Universitetdə tibb, konfliktologiya, İT sahəsu üzrə fakültələr açıla bilər. İstənilən halda siyasi baxımdan bu çox uğurlu addımdır. Hələ ki, birgəyaşayış modelinin necə qurulacağı qeyri-müəyyəndir, amma mənə elə gəlir ki, Xankəndini turistik baxımdan, həm də elm ocağı baxımından dünya üçün maraqlı mərkəzə çevirə bilərik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR