İnsanlara hürriyət, millətlərə istiqlal!

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” - VİDEO

439 09.05.2024 00:23 Hadisə A A

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar.

Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, dönərçilər beş manata görə hər şeyi edirlər:

“Nəvəm axşam evə gəlib və qusmağa başlayıb. Daha sonra təcili yardıma müraciət etdik”.

Zəhərlənən digər şəxsin atası bildirib ki, yeddi yaşlı övladı dönəri məhz dönərxanada yeyib, daha sonra isə halı qəfildən pisləşib.

Qeyd edək ki, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə baş verib. İlkin ehtimala görə, zəhərlənmə toyuq ətindən hazırlanan dönərdən baş verib. Məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR