İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəni "yandıran" dolların yandırılması - VİDEO

3085 17.01.2017 10:08 Video A A
İnternet resurslarında Türkiyədə çəkildiyi anlaşılan bir iyrənc video yayılıb. 

Burada iyrənclik heç də görüntülənənlərin qol qoyduğu aksiyanın ictimai-siyasi, eləcə də maliyyə-iqtisadi cəhətlərinə aid deyil, adamların etdikləri hərəkətin etik və estetik görüntüsünə aiddir. Siz də razılaşarsınız ki, burnu nümayişkaranə surətdə kağıza, dəsmala silmək o qədər də ürəkaçan akt deyil, ikrah doğurur, ürək bulandırır.

Ancaq qardaş ölkədə bir qism adamlar - hakim partiyann üzvü olan kənd muxtarları bu hərəkətlə dünyanın ən populyar və güclü valyutasına zərbə vuracaqlarını düşünürlər. 

Onlar ölkə prezidentinin çağırışına qoşulublar və 1 dollarlıq əskinazları göstərə-göstərə yandırırlar.



Əlbəttə, 1 dolların yandırılması simvolik hadisədir. Muxtarlar daha yüksək nominaldan olan əskinazları yandırmırlar, sakitcə yastıq altına, seyflərə yığır, lazım gələndə dəyişir, xərcləyirlər. Həm də təkcə muxtarlar yox.

Türkiyədə milyardlarla dollar həcmində pulu olan şəxslər var, nə belə aksiyaya qoşulurlar, nə də dollarlarını valyutadəyişmə məntəqəsində dəyişib lirə alırlar. Əksinə, onlar bu situasiyadan belə öz mənfəətləri üçün istifadə edir, hər gün ucuzlaşan lirələrini verib daha çox dollar alırlar. Halbuki dövlətdən və hakimiyyətdən fayda görən məhz onlardır.


Fəqət belələri bir kənarda durur, güc 1, 5. 10, 20 dollarlıq əskinazı olan xalqa düşür. 

Bəs dolları yandırmaq, burun silmək, dollara nifrət aşılamaq çıxş yoludurmu? Axı insanlar bu pulun bərəkətini, alıcılıq qabiliyyətini, işlənilmə arealını yaxşı bilirlər.

Bu, sadəcə, özünüaldatma və suda boğulanın saman çöpündən yapışmasıdır. 

Türkiyə hakimiyyəti və onun tərəfdarları vəziyyətdən çıxmaq üçün daha real və effektiv çarələr düşünməlidirlər. Demokratiyada çarə tükənməz.


N.Asifli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR