İnsanlara hürriyət, millətlərə istiqlal!

'iPhone'da 'Android'i istifadə etməyin yolu - video

4189 09.08.2016 14:40 Video A A
“Apple” istifadəçiləri adətən “Android” əməliyyat sistemi ilə işləyən cihazları sevmir və istifadə etmirlər.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, bunun iki vacib səbəbi var.

Birincisi “Android” əməliyyat sisteminin özü ilə bağlıdır. “iOS” əməliyyat sistemi bu şəxslərə hər zaman daha sadə, səliqəli və istifadəyə yararlı gəlib. İkinci səbəb isə “Android” əməliyyat sistemi ilə işləyən cihazların, “Apple”ın verdiyi keyfiyyətdə cihaz istifadə təcrübəsini verə bilməməsidir.

Bu nöqtədə “Apple” istifadəçilərinin də “Android” əməliyyat sistemi istifadə etməyi seçə biləcəyini düşünən dizayn agentliyi “Tendingi”, “Android” əməliyyat sisteminin açıq mənbə kodlu olmasından da faydalanaraq ağıllı bir telefon keysi hazırlayıb.

Bu keys, “iPhone” cihazınızda “Android” əməliyyat sistemi istifadə etməyinizə yarayır. Beləcə “iPhone” cihazınızda “Android” əməliyyat sistemini sınaqdan keçirə bilirsiniz və həm də sevimli markanıza xəyanət etdiyiniz hissinə qapılmırsınız.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR