İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergi ödəməmək üçün ağlına bu gəldi

910 19.12.2018 04:52 Maraqlı A A

Dublinin 85 yaşlı sakini Mett öz dostu ilə eynicinsli nikaha girməyə qərar verib. O, bunu gələcəkdə mirasından vergi ödəməmək üçün edib. Bu haqda lenta.ru saytı “The Irish Times”a istinadən yazıb.

Mettin gələcək əri Maykl Osallivan deyib ki, onlar bir-birini 30 ildir ki, tanıyırlar və indi o, yaşlı dostunun qayğısına qalır. Dostluqlarının müəyyən mərhələsində Mett dostuna öz evini miras qoymaq istəyib. Amma yerli qanunvericiliyə görə, o, bu halda 33 faiz vergi ödəməlidir. 

Dostlar qanunları diqqətlə incələyəndə isə ortaya çıxardılar ki, ancaq ər-arvad və ya vətəndaş nikahında olanlar vergilərdən azad edilə bilirlər. İrlandiya müvafiq münasibətləri 2015-ci ilin noyabrında qanuniləşdirib. Hər iki kişi özlərinin cinsi oryentasiyalarının şübhəli olmadığını bəyan etsələr də, vergidən azad olmaq üçün bunu ideal vasitə sayırlar. Toy isə 22 dekabra təyin edilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR