İnsanlara hürriyət, millətlərə istiqlal!

V “Müasir Audiovizual Baxış” Mükafatı təqdim olunacaq

625 26.12.2023 21:15 Mədəniyyət A A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatında, 2019-cu ildən bəri Azernyumedia Şirkətinin istehsal etdiyi və hazırda Real FM-də (107 FM) yayımladığı “Cinema Radio” Kino Radio Kanalının V “Müasir Audiovizual Baxış” Mükafatı təqdim olunacaq.

Mükafatın təqdimetmə mərasimi hər il yanvar ayının sonlarında keçirilir. Mükafat “Cinema Radio” Kino Radio Kanalının ötən il üzrə yekunları əsasında müəyyənləşir. Qeyd edək ki, 2019-cu ildən bəri təqdim edilən mükafatçılar sırasında rejissor, aktyor və aparıcı Kamran Ağabalayev, jurnalist, rejissor Vəfa Ağabalayeva, aktyor və ssenarist Azər Aydəmir (2022), rejissor və ssenarist Emil Quliyev (2023) var.  Mükafata namizədlərin adları 2024-cü ilin yanvar ayında elan ediləcək.

Mükafatın tərəfdaşı Azman Holdinqdir. Qeyd edək ki, “Cinema Radio” Kino Radio Kanalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatında 2019-cu ildən etibarən şənbə və bazar günləri yayımlanır. Kanalın buraxılışlarında əcnəbi kino bazarı haqqında məlumatlar – eləcə də Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının eksklüziv xəbərləri – yerli və əcnəbi filmlərdən “soundtrack”lər, audiotreylerlər audiosəhnələr, yerli audiovizual xəbərlər, xüsusi audioreportajlar, həmçinin maraqlı qonaqlarla müsahibələr yayımlanır.

“Cinema Radio” Kino Radio Kanalı 2021-ci ildən Azərbaycan Mətbuat Şurasının tamhüquqlu üzvüdür. 2022-ci ildən etibarən Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası ilə əməkdaşlıq edir.

99fcdfe2-2ea6-4197-9512-3ec25ec8fb72.jpg (104 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR