İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlar arasında qızılca və göyöskürəkdən əlavə, bu xəstəlik də yayılıb - Həkimlərdən xəbərdarlıq

883 29.02.2024 20:19 Yaşam A A

Son dövrlər qızılca, göyöskürək, qrip viruslarından əlavə skarlatina da geniş yayılıb. Xəstəliyin əlamətləri qızılcaya oxşadığına görə əksər hallarda müalicə yanlış aparılır.

Tanınmış pediatr Vaqif Qarayev Musavat.com-a deyib ki, yanar əsnək, moruğabənzər dil skarlatina xəstəliyinin spesifik əlamətləridir:

“Hazırda bu xəstəlik uşaqlar arasında yayılıb. Səpkili infeksiyadır. Müalicəsi nisbətən asandır, vaxtında həkimə müraciət etmək lazımdır. Peyvəndi yoxdur. Qızılcaya yoluxma halları da davam edir, göyöskürək də çoxalıb. Hər ikisinin təhlükəli ağırlaşmaları var. Amma hər ikisinin peyvəndi var”.

Pediatr Aytən İsmayılzadə isə bildirib ki, skarlatina virus xəstəliyi deyil:

“Törədicisi mikrobdur. Streptokokk adlı mikrob A qrupundan olan streptokokkdur. Əlamətləri, səpkilər- uşağın üzü sanki yanır, alovlanır, səpkilər birləşməyə meylli olur, qızarıqlıq çox olur. Alovlu əsnək-əsnək qıpqırmızı olur. Moruq dil, yəni dili elə bil qırmızı rəngə boyanıb. Əllərin içində qabıqlanma - dəri soyulması baş verir. Streptokokk həm də revmatizm törədəndir. Ona görə bu xəstəliklərin daxildə baş verən gedişatında oxşarlıq var. Hər ikisində ürək, böyrək təhlükə altında olur. Çünki bu əcaib streptokokk ilə insanın sanki qohumluğu var. Qohumluğu başımıza bəla olub. Belə ki, streptokokkdakı M-protein ilə insandakı M-protein oxşardır. İmmunitet ona qarşı anticisim hazırlarkən özümüzə qarşı da yaratmış olur. Və bu antigen-anticisim kompleksləri böyrəyi, ürəyi zədələyə bilir. Allergik miokardit, allergik qlomerulonefrit. Deksametazon kimi hormon terapiyası o zaman təyin edilir. Bu immun reaksiyanı söndürmək və daha artıq zədələnməsini önləmək üçündür. İlk doqquz gündə isə antibiotik təyin edilsə ağırlaşma riskini azaltmış olarıq. Qan ümumi analizi elə də çox məlumat vermir. Əsas xəstəliyin klinikası və əsnəkdə streptokokk antigen-anticisim tapılmasıdır”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR