İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən Müharibəsinin yeganə şəhid qadını Arəstənin son doğum günündən VİDEO yayıldı

853 06.05.2024 08:11 Gündəm A A

Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın mövlud günündən video-parça yayılıb.

Musavat.com xatırladır ki, Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb..

Şəhidimizin son ad günündə çəkilən videonu təqdim edirik: 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR