İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan sonra Rusiyanı dayandırmaq mümkün olacaqmı?..

1568 26.02.2022 13:39 Yazarlar A A

Bəli, müharibə gerçək oldu. Tərəflər, necə deyərlər, şifahi söz və bəyanatlardan işə keçdilər. İndi KİV-lər yalnız bir məsələdən danışır və göstərirlər – Ukrayna ilə Rusiya arasındakı müharibədən, çünki Moskva demək olar, Ukraynanın bütün sərhədləri boyunca hücuma keçibdir.

Çox təəssüf ki, Ukrayna Rusiyanın hücumu qarşısında tək qalıbdır. Əlbəttə, ABŞ və NATO ölkələri bu günlərdə yalnız Ukrayna problemilə məşğuldurlar, amma onlar hərbi müdaxilə haqqında düşünmür, bunun əvəzində bəynatlarla çıxış edir, Rusiyaya qarşı “ən kəskin sanksiyalar” tətbiq edəcəklərini bildirirlər.

Məlum olduğu kimi, hələ müharibə başlayana qədər hamıya məlum idi ki, Qərb ölkələri Ukrayna tərəfində vuruşmayacaq.

Amma təəssüf ki, onlar bir məqamı nəzərə almırlar: Ukraynanı işğal edəndən sonra artıq Rusiyanı dayandırmaq mümkün olmayacaq, çünki Moskva digər post-sovet ölkələrini də işğal etmək fikrinə düşəcəkdir.

Amma burada maraqlı sual yaranır: Doğrudanmı Qərbdə bu haqda düşünmürlər? Bizə elə gəlir ki, ABŞ və Qərb ölkələri bunu heç də istisna etmirlər. Əksinə onlar çalışırlar ki, Moskva təzədən hərbi bataqlığa yuvarlansın.

Ukrayna ordusu Rusiya tanklarının Kiyevə irəliləyişini dayandırmaq üçün  körpünü partlatdı -

Artıq Rusiyaya qarşı ən kəskin sanksiyalar tətbiq olunur. KİV-lər indidən Rusiyanın çox milyardlıq itkilərindən danışırlar. Bunlar isə hələ prosesin başlanğıcıdır.
Bəli, vaxtilə SSRİ Əfqanıstana müdaxilə edəndə də heç kim düşünmürdü ki, bu, “şər imperiyası”nın sonu olacaq. Amma bir neçə ildən sonra Moskvada ancaq bir şey haqqında düşünürdülər: bu bataqlıqdan necə çıxmalı? Güman ki, bu dəfə də belə olacaq. Əlbəttə, Rusiya əvvəlcə Ukraynanı götürəndən sonra (bu, baş verərsə!), bir qədər əvvəldə qeyd etdiyimiz kimi, digər sovet ölkələrilə bağlı iştahını cilovlaya bilməyəcək. Məsələn, Kremlin nəzərəri Gürcüstana və Moldovaya yönələcək, çünki NATO-nun daha bir “yuva”ları buradadır. Aydındır ki, ABŞ və NATO bu ölkələrin də tərəfində vuruşmayacaqdır. Amma bütün bu proseslərin finalı çox acınacaqlı görünür.

Burada bir məqamı da qeyd etmək lazımdır ki, postsovet ölkələrinin əhalisinin bir hissəsi rusiyalı siyasətçilərin və diplomatların SSRİ-nin bərpası haqqındakı bəyanatlarına rəğbətlə yanaşır. Amma onlar yanılırlar: kommunist SSRİ-i bir daha bərpa olunmayacaqdır. Böyük ehtimalla, Rusiya öz ətrafında müəyyən geosiyasi ittifaq yaratmağa cəhd edəcək, çünki onun iqtisadi imkanları ilə geosiyasi ambisiyaları qətiyyən ekvivalent deyil...

Zelenski: "Ukrayna Rusiyanın hücumlarını dayandırıb"

Moskvaya qarşı sanksiyaları da unutmaq olmaz. Qərb siyasətçiləri və diplomatları Rusiya əleyhinə görünməmiş dərəcədə sərt sanksiyalar tətbiq edəcəklərilə hədələyirlər. Kremldə ümid edirlər ki, onlar Qərbin bu təzyiqlərini dəf edə biləcəklər, çünki dünya çox qütblüdür və heç də hamı Vaşinqtonun təlimatları ilə hərəkət etmir. Bundan başqa, İran, Şimali Koreya kimi ölkələrin təcrübəsi və nümunəsi var. Amma bunlar boş ümidlərdir, çünki Rusiya əleyhinə sanksiyalar daha kəskin olmağı vəd edir.
Dəfələrlə yazmışıq ki, Ukrayna Rusiya üçün tələ olacaq. Amma Qərbdə də bu problemin bütün aspektlərini hesablamırlar.

Rusiyanın Ukrayna müharibəsi: Kim dəstəkləyir, kim qarşı çıxır, kim  bitərəfdir?

Məsələn, Avropaya ukraynalı miqrantların axını baş verə blər. Bu ölkənin əhalisi çox milyonludur. Aydın məsələdir ki, onların heç də hamısı Rusiya işğalı altında yaşamaq istəməyəcək və Avropanın müxtəlif ölkələrinə üz tutacaqlar. Ona görə də problemi hərtərəfli çək- çevir etmək lazımdır: Rusiya əleyhinə sanksiyalar kifayət olacaqmı? Bəlkə vaxtilə Yuqoslaviya məsələsində olduğu kimi, burada da NATO –nun hərbi müdaxiləsinə ehtiyac yaranacaqdır?..

Molladan inciyib məscidi daşlamaq... Hüseynbala Səlimov

Hüseynbala Səlimov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR