İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna işğalı dəstəkləyən Serbiyanı vədinə xilaf çıxmaqda suçladı

634 19.12.2018 14:24 Dünya A A

Ukraynanın Serbiyadakı səfiri Aleksandr Aleksandroviç rəsmi Belqradı BMT Baş Assambleyasının Krım üzrə keçirdiyi səsvermə zamanı iki ölkə arasında mövcud olan centlemen sazişini pozmaqda günahlandırıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ukraynalı diplomat təmsil olunduğu ölkəni elə Serbiyanın özündə dərc edilən “Kurir” qəzetində qınayıb.

Aleksandr Aleksandroviç Ukrayna prezidenti Pyotr Poroşenkonun bu ilin iyul ayında Belqrada səfəri zamanı iki ölkə lideri arasında beynəlxalq təşkilatlarda bir-birlərinin əleyhinə səs verməmək barədə centlemen anlaşması bağlandığını xatırladıb.

Lakin Serbiya BMT Baş Assambleyasında Rusiyanın işğal olunmuş Krım ərazisindən qoşunlarını çıxarmasını tələb edən, habelə Qara və Azov dənizlərindəki hərbi mövcudluğunu qınayan qətnaməsinin əleyhinə səs verib.

“Serbiya heç olmasa, bitərəf qala bilərdi. Vaxtilə Ukrayna Kosovonun “İnperpol”dakı üzvlüyünün əleyhinə səs verib və bu ölkənin müstəqilliyini əleyhinə olub”, - deyə Aleksandr Aleksandroviç təəssüfünü dilə gətirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR