İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Yunanıstandakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur - AÇIQLAMA

905 21.07.2017 15:41 Ölkə A A

Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki, qeydə alınmayıb.

Bu barədə musavat.com-a Azərbaycana Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadır.

"Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək", - deyə H. Hacıyev qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR