İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ordusu bu bölgəni nəzarətə götürdü: PKK təşvişə düşüb - FOTOLAR

6654 16.12.2018 10:01 Son xəbər A A

Türkiyənin Suruç rayonu ilə sərhəddə yerləşən və terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Suriyanın Ayn əl-Ərəb şəhəri, Türkiyə ordusu tərəfindən 24 saat ərzində nəzarətə götürülüb.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Xəbərə görə, bölgədə yerləşən terror təşkilatına aid olan postlarda daim hərəkətlilik sezilir.

Fırat bölgəsinin şərq hissəsinə planlaşdırılan hücum öncəsi terror təşkilatı PKK və onun Suriya qanadı olan YPG-nin nəzarətindəki Ayn əl-Ərəbdə hazırda səssizlik hökm sürür. Mürşüdpınar sərhədd keçid məntəqəsinin yerləşdiyi bölgədə isə türk əsgəri tərəfindən zaman-zaman önləyici tədbirlər görülür.

Türkiyə ordusunun bu ərazini nəzarətə götürməsindən təşvişə düşən terror təşkilatı isə Ayn əl-Ərəb bölgəsində yerləşən stareji yüksəklik olan Miştənur təpəsinə zirehli texnikalar cəlb etməyə başlayıb.

O bölge, Türk askeri tarafından 24 saat izleniyor

FOTO: DHA

Toğrul İsmayıl,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR