İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Putin çox ağıllı adamdır”

10084 31.12.2016 01:36 Dünya A A
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp  Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına  cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarını alqışlayıb.
 
APA-nın xəbərinə görə, bu barədə D.Tramp özünün “Tvitter” hesabında yazıb.
 
“Putin çox gözəl hərəkət edib. Mən həmişə bilirdim ki, o, çox ağıllı adamdır”, Tramp qeyd edib.
 
Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. Ağ Ev və ABŞ Dövlət Departamenti  Putinin qərarı ilə əlaqədar şərh verməkdən imtina edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR