İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Əsədə böyük yaxşılıq etdik

1902 20.01.2019 03:30 Dünya A A

Biz kimin üçün İŞİD-çiləri öldürürük? Rusiyanın, İranın, Suriyanın ən pis düşməni İŞİD terror təşkilatıdır. Dolasıyla, bizimlə hər zaman eyni fikirdə olmayan insanlar üçün İŞİD üzvlərini öldürürük.

Axar.az xəbər verir ki, bu sözləri Menbiçdə ölən amerikalı əsgərlərin ailələri ilə görüşdən əvvəl açıqlama verən ABŞ Prezidenti Donald Tramp deyib. O, mərhum əsgərlərin ailələri ilə görüşün çətin olduğunu bildirərək, onların İŞİD-in məğlub edilməsində önəmli rol oynadıqlarını söyləyib.

Özünün rəhbərliyi ilə terror təşkilatına qarşı ciddi uğura imza atıldığını söyləyən Tramp İŞİD-in məğlub edilməsi ilə Bəşər Əsədə böyük yaxşılıq etdiyini bildirib.

"Rusiya, İran, Suriya, İraq və digər ölkələr üçün İŞİD-çiləri öldürürük. Artıq öz adamlarımızı evlərinə gətirmək istəyirik. Bunu seçim kampaniyamdan bəri söyləyirəm", - Tramp bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR