İnsanlara hürriyət, millətlərə istiqlal!

Günəş batareyalı yol çəkildi - Foto

2112 23.12.2016 04:02 Texnologiya A A
Fransanın qərbində ilk dəfə üzəri günəş batareyaları ilə döşənmiş avtomobil yolu istifadəyə verilib.

Axar.az TASS-a istinadən xəbər verir ki, quraşdırılan konstruksiyaya görə, bu panellər günəş enerjisini elektrik enerjisinə çevirəcək. Məlumata görə, yolun açılış mərasimində Fransanın Ekologiya, iqtisadi inkişaf və energetika naziri Seqolen Ruayal iştirak edib. Nazirin sözlərinə görə, bu texnologiya digər ölkələrin də marağına səbəb olacaq:

“Noyabr ayında Mərakeşdə baş tutan BMT-nin İqlim Konfrasında Çin, Mərakeş və digər Afrika ölkələrindən gələnlər bununla bağlı qoyulan lövhə ilə maraqlanırdılar. Bu layihə elektrik enerjisinə olan ehtiyacın qarşılanması, eləcə də kənd təsərrüfatının inkişafı üçün müsbət töhfələr verə bilər”.

Qeyd edək ki, yaxın 5 ildə Fransa hökuməti günəş panelləri ilə örtülmüş yolların uzunluğunu min km-ə çatdırmaq istəyir.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR