İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarix yazdıq, tarix yaratdıq - adına indi ‘’status-kvo’’ deyirlər... - Rauf Arifoğlunun yazısı

2525 28.09.2023 19:54 Yazarlar A A

İlk yayınlanma zamanı:  14:16

30 illik işğalı, 200 illik iddiaları 23 saata yox etmək...

44 gün düşmənə yetməmişdi, üzərinə daha bir gün əlavə olundu.

Məğlub olmuşdular, təslim olmurdular...

Təslim də oldular...

Azərbaycan tarixinin ən möhtəşəm 45 günü!

Vətən müharibəsinin savaş meydanlarındakı cəmi gün hesabı...

Böyük Ermənistan, "Miatsum", "Artsax" iddialarının üstündən xətt çəkdik.

Böyük güclərin iradəsi, maneəsi və açıq-aşkar dümsüklərinə rəğmən.

Bunu millət olaraq bacardıq.

Tarix yazdıq, tarix yaratdıq - adına indi ‘’status-kvo’’ deyirlər...

Amma bu bizim ən yeni tariximizdir.

Həm də son 200 ildəki ən möhtəşəm səhifəmizdir.

...Mürəkkəbimiz Şəhid qanıdır!

Hər şeyi onlara və canını Vətənə fəda edən qazilərimizə borcluyuq.

Şəhid Analarına!

Ordumuza, dövlətimizə...

Ordunun, dövlətin arxasında dayanan uca millətimizə...

Bir də...

O Liderə...

Mütəvazi, özünə tərif yağdırmağa imkan verməyən...

Bu boyda möhtəşəm hadisələrə, 200 illik məğlubiyyət döngüsünü (tsikl) dəyişdirməsinə...

Milləti məğlubiyyətin, əzikliyin əlindən alıb...

Ona ruh verib, ona güc verib, ona silah verib...

Ona İlham verib...

Qurtuluş savaşına qaldırmasına...

O savaşı Ali Baş Komandan kimi qazanmasına...

Sadəcə "proses" kimi baxan...

Hər kəsin özünü qəhrəman saymasını təmin edən...

Osmanlı sultanlarından və Atatürkdən sonra "kafir"lərin ordusuna qalib gələn yeganə Türk lider...

Durub dayanmadan, yorulmadan o "prosesə" – dastan kimi hadisələrə davam edən...

O bizim başımıza gələn ən yaxşı olaymış...

Bəzilərimiz tez, bəzilərimiz gec anladıq...

Fəqət 27 sentyabr 2020-ci ildən sonra bütün millət onu kəşf etdi...

Özünə heykəl qoydurmağa, ad verdirməyə razı olmayacaq...

Fəqət onun heykəli artıq Türk-İslam tarixində və millətin yaşayan fərqlərinin ürəyindədir...

Gerçəkdən də...

Dastan kimi hadisələr, günlər yaşayırıq.

Yeni dönəmdəyik.

Artıq Xankəndi, Xocalı, Əsgərən, Ağdərə daxil, bütün Qarabağa hərbi, siyasi, faktiki nəzarət mərkəzi hakimiyyətindir.

Yağılar gedir...

Keçdiyimiz cəmi 3 ilə bir nəzər salaq.

Xəyalən 26 sentyabr 2020-ci ilə dönək və ...oradan özümüzə baxaq.

O zamankı şüarlarımıza, demoqojilərimizə, inadlaşmalarımıza...

Cırmaqlaşmalarımıza, didişmələrimizə...

Xalqımıza, dua və sağlıqların məzmununa ...

Tezcə də geri dönək və günümüzü yaşayaq...

İndi hər kəs nağıl kimi bir Azərbaycanda yaşamaqdan məmnundur...

Hər kəs bir boy böyüyüb...

İndiki Azərbaycan daha gözəl Vətəndir...

Bütövdür, güclüdür, qüdrətlidir...

Qalibdir...

Bizə hər şey halaldır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR