İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanış olduğu qadının 57 min dollarını ələ keçirən şəxsin cinayət işi yenidən araşdırılır

1584 19.07.2018 20:05 Kriminal A A

İnternetdə tanış olduğu qadından xəstə olduğunu deyərək 57 min dollardan çox pul alan şəxs hakim qarşısına çıxarılıb. Onun işi prokurorluqda araşdırıldıqdan sonra yenidən məhkəməyə göndərilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sonuncu prosesdə məhkəmə qərara almışdı ki, cinayət işində kobud qanun pozuntuları olduğu üçün iş yenidən prokurorluğa qaytarılmalıdır. Qərara əsasən iş prokuroluğa göndərilmişdi. Cinayət işi yenidən araşdırıldıqdan sonra məhkəməyə göndərilib.

Xatırladaq ki, hadisə bu il yanvarın 30-da Binəqədi rayon Polis İdarəsinə müraciət edən şəxs, mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib. Məlum olub ki, pul elə həmin şəxsin arvadı tərəfindən götürülüb.

Əməliyyatçılar qadını saxlayıblar. İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.

Daha sonra 30 yaşlı paytaxt sakini Ramil Muradov saxlanılıb. O, ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. Ramil Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü ''hepatit'' xəstəsi kimi təqdim edib və ondan maddi kömək istəyib. Ramil Muradov bu yolla 2017-ci ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Onun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR