İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist Çingiz Sultansoy mühacirət edib

1173 23.01.2017 16:09 Son xəbər A A
Tanınmış jurnalist Çingiz Sultansoy mühacirətə gedib.

O, Almaniyaya gedib və sığınacaq almaq üçün müraciət edib. Məlumata görə, jurnalist artıq qaçqınların ilkin sığınacağına  – düşərgəyə yerləşib.

Ç.Sultansoy 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib.

90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub.

Bir neçə filmin – «Hissizliyin anatomiyası», «Utanmağın anatomiyası», «Azərbaycan. Prezident seçkiləri -2003» və digərlərinin ssenari müəllifidir.

Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub.

2004 və 2009-cu illərdə «Media açarı» mükafatına layiq görülüb (Cebhe.info).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR