İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistanda antiterror əməliyyatı zamanı 109 cinayətkar saxlanılıb

8027 09.10.2022 05:19 Dünyanın bu üzü A A

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 2022-ci ilin mayında baş vermiş kütləvi iğtişaşların təşkilatçılarına qarşı keçirilən antiterror əməliyyatı nəticəsində cinayətkar qruplaşmanın 100-dən çox üzvü saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat mərkəzi məlumat yayıb.

“Bu müddət ərzində cinayətkar qruplaşmanın 109 üzvü barəsində cinayət işi başlanaraq məhkəmələrə göndərilib, 77 nəfərə hökm oxunub, daha 32 nəfər barəsində isə işlərə baxılır”, - məlumatda deyilir.

Qeyd olunur ki, bir neçə jurnalist də Tacikistanda fəaliyyəti qadağan olunmuş ekstremist-terror təşkilatlarında iştirak və ya əməkdaşlıqda ittiham olunur.

Xatırladaq ki, bu ilin mayın 18-də Dağlıq Bədəxşan Muxtar Vilayətinin Ruşan rayonunda 200-ə yaxın silahlı şəxs Düşənbə-Xoroq avtomobil yolunu bağlayaraq antiterror qüvvələrinin əməkdaşlarına hücum edib. Nəticədə bir həbçi öldürülüb, daha 13-ü xəsarət alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR