İnsanlara hürriyət, millətlərə istiqlal!

Stepan Danielyan: "Məmurlar da Sərkisyana inamını itirib"

1247 19.04.2018 18:46 Gündəm A A

Bu hadisələr spontan baş verdi və heç kim – nə xalq, nə də təşkilatçılar - gözləmirdi ki, etirazlar bu cür forma alacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Stepan Danielyan Serj Sərkisyanın hakimiyyətdən getməsi üçün İrəvanın mərkəzində bir neçə gündür davam edən etirazları şərh edərkən deyib.

“Sərkisyandan ümumi narazılıq var idi. Hamı bilirdi ki, nəsə baş verəcək, ancaq bunun nə zaman olacağını heç kəs bilmirdi. Ona görə də etirazların təşkilatçıları belə buna hazırlıqlı deyildi və hakimiyyət də çaşqınlıq içərisində idi. Amma indi düşünürəm ki, artıq konkret tələblərin formalaşdırılması prosesi başlamışdır”, - politoloq bildirib.

Danielyanın sözlərinə görə, aksiyalar yaxın gələcəkdə konkret nəticələr verməyə bilər, ancaq narazılıq hətta Sərkisyanın perspektivli lider olmadığı fikri hakim partiya üzvləri arasında da genişlənir.

“Onlar başa düşürlər ki, əgər belə davam edərsə və iqtisadi problemlər daha da ağırlaşarsa, bu, onlara da təsir edəcəkdir. Ola bilər ki, bu zaman etirazlar təkcə Sərkisyana qarşı deyil, həmçinin onların hamısına qarşı yönəlsin”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR