İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayevdən enerji daşıyıcılarının bahalanmasına etiraz...

2409 29.11.2016 18:35 Sosial A A
“Qazın, işığın və dərman preparatlarının qiymətinin artırılması əhalinin sosial vəziyyətinin daha da ağırlaşmasına gətirib, çıxaracaq. Tarif Şurasının bu qərarı anti-milli qərardır və xalqı kasıblığa, soyuqdan donmağa və digər fəlakətlərə sürükləyəcək. Azərbaycanda evlər qaz və elektrik enerjisi ilə qızdırılır, mərkəzi istilik sistemi bərbad vəziyyətdədir. Şəxsi evlər üstünlük təşkil edir və onlar əsasən elektriklə qızdırılır. İndi bu insanlar soyuqdan donmağa məhkum edilir, çünki aylıq 250 kv elektrik enerjisi indiki soyuqlarda bir ayın yarısına bəs edəcək”.

Bunu yeni yaradılmış AXCP-nin sədri Razi Nurullayev Tarif Şurasının qaz və işığın qiymətlərinin artırılması barədə qərarına münasibət bildirərkən deyib.

Razi Nurullayevin fikrincə, insanlar donmamaq üçün qaz və elektrikdən istifadə edəcəklər, amma pulunu ödəyə bilməyəcəklər və nəticədə onların qazı və işığı kəsiləcək, bu isə sosial partlayış deməkdir: “Bu tip anti-xalq qərarının verilməsi bizi çox üzür. Neçə vaxtdır ki, ölkəni bu fəlakətə sürükləyənlərin həbsini tələb edirik. Amma hələ də onlar meydanda at oynadır və cəzasızlıqlarının keyfini çəkirlər. Ölkə bu cür fəlakətlə üz-üzə qalıbsa, günahkarlar mütləq ki, var. Amma onlar cəzalandırılmadı. Əksinə, öz günahlarının cəzasını xalqa çəkdirməkdə davam edirlər.

Biz hakimiyyətdən bu qərarın ləğv olunmasını tələb edirik. İnsanları diri-diri qəbirə qoymaq olmaz. Tarif Şurası ya qərarını ləğv etməli, ya da istehlak ölçüsünü elektrik enerjisi üçün 400 kv-a, illik qaz sərfini isə 2000 kub metrə qaldırmalıdır. Bu ədalətsizliyə son verin, xalqın qəzəbindən qorxun. Bir düşündünüzmü ki, qiymət artımı sinxron olaraq digər xidmətlərə də təsir edəcək? Artıq su tarifi də, istilik də, çörək də artacaq. Demək olar ki, bütün istehsal müəssisələri qiymətləri kəskin bahalaşdıracaq. Axı onlar, qaz və elektrik enerjisi ilə işləyirlər. Siz bu fəlakətin miqyasını təsəvvür edə bilirsinizmi?”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR