İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva aliment ala bilməyən qadınların problemindən danışıb

1564 30.12.2016 16:27 Sosial A A
Millət vəkili Q.Paşayeva Milli Məclisdə aliment almaqda problemlə qarşılaşan qadınların məsələsini qaldırıb və məişət zorakılığı ilə bağlı daha böyük mübarizəyə çağırıb. 

Bu gün Milli Məclisdə bir sıra qanunlara əlavə və dəyişikliklərin müzakirəsi zamanı alimentlərin  alınması  isə  bağlı  məhkəmə qərarlarının dərhal icra edilməsi məsələsi ilə bağlı çıxış edən millət vəkili Q.Paşayeva bu dəyişikliyi dəstəklədiyini deyib və bildirib ki, alimentlərlə bağlı məhkəmə qərarlarının icrasındakı problemlərin həllini tapması çox vacib addımdır və bu istiqamətdə məhkəmə qərarları dərhal yerinə yetirilməlidir. 

Millət vəkili Qənirə Paşayeva məhkəmə qərarı ilə övladlarına görə ona təyin olunmuş alimenti almaqda ciddi çətinliklərlə üzləşən yüzlərlə qadının problemini parlamentdə qaldıraraq bu istiqamətdə boşanmalar zamanı kiçik yaşlı övladları ilə tək qalan və ciddi maddi çətinliklərlə üzləşən qadınlara dəstək göstərilməsi istiqamətində daha çox addımlar atmağın vacibliyini diqqətə çatdırıb. 

O bildirib ki, bu gün yüzlərlə qadın məhkəmələrin qərarı ilə kiçik yaşlı övladları üçün ona təyin olunan alimenti almaqda ciddi problemlərlə üzləşir, süründürməçiliklə, süni əngəllərlə  qarşılaşırlar və çox çətinliklərlə üzləşərək millət vəkillərinə, dövlət qurumlarına müraciət edərək onlara kömək göstərilməsini xahiş edirlər. Məhkəmə qərarlarının icrasında olan işlər arasında alimentlər böyük yer tutur deyən millət vəkili Q.Paşayeva bildirib ki, bu dəyişiklik bu istiqamətdə problemləri azalda bilər, amma bu məsələ daim diqqət mərkəzində olmalıdır. 

Millət vəkili Q.Paşayeva məişət zorakılığı ilə bağlı zərərçəkənlərin müdafiəsinin daha da gücləndirilməsi  istiqamətində qanunvericilikdə edilən dəyişikliklərlə də bağlı çıxış edərək bildirib ki, məişət zorakılığına, qadınlara qarşı zorakılıqla sərt mübarizə aparmalıyıq. Son dövrlərdə bu istiqamətdə artan problemlərə diqqət çəkən millət vəkili Q.Paşayeva bildirib ki, məişət zorakılığına, fiziki zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarına müraciət edən kimi dərhal tədbirlər görülməlidir. Bəzən bu tədbirlərin gecikməsi nəticəsində bir qadın həyatını itirə bilir. 

Millət vəkili Q.Paşayeva Tovuz rayonunda bu yaxınlarda bir qadının həyat yoldaşı tərəfindən hamının içərisində qətlə yetirilməsi faciəsini xüsusi vurğulayaraq bu cür ağır hadisələr bir daha göstərir ki, qadınlara qarşı fiziki zorakılıq təhdidləri, əməlləri ilə bağlı məhz təcili tədbirlər görülməli, vaxt itirilmədən addımlar atılmalıdır. 

Millət vəkili Q. Paşayeva bir müddət əvvəl Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin qadın sığınacağında qadınlarla görüşdüklərini vurğulayaraq bir sıra qadınların öz övladları ilə yaşadığı acı taledən danışıb. Təşkilat bəzi uşaqları məktəbə göndərməkdən belə narahatlıq duyur, çünki ata ananı və onunla birlikdə övladlarını da öldürəcəyi ilə hədələyir. Bəzi qadınlar çölə çıxarlarsa, həyat yoldaşları tərəfindən təkrar fiziki təzyiqlərə məruz qalacaqlarından ehtiyat edirlər və s. 

Məişət zorakılığı ilə bağlı xəbərlərin artması bizim hamımızı ciddi narahat etməlidir və buna qarşı mübarizə istiqamətində daha çox addımlar atmalıyıq deyən millət vəkili Q. Paşayeva qanunvericilikdə edilən dəyişikliyin bu cür insanların daha çox qorunmasına dəstək olmağa xidmət edəcəyini vurğulamaqla yanaşı ailədaxili, qadınlara qarşı zorakılığın artması halları ilə bağlı çox ciddi tədbirlərin artmasına ehtiyac olduğunu xüsusi vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR