İnsanlara hürriyət, millətlərə istiqlal!

QAT Qarabağ qazisi ilə bağlı Səlim Müslümova müraciət etdi

712 30.11.2016 15:02 Sosial A A

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ayaqlarını itirmiş Qarabağ döyüşçüsü ilə bağlı rəsmi qurumlara müraciət edib. 

Bu barədə musavat.com-a QAT-dan məlumat verilib. Məlumata görə, Qarabağ qazisi ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova və Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimova müraciət edilib. Müraciətdə qaziyə köməklik göstərilməsi xahiş edilib. 

Müraciətdə göstərilir ki, Ağdaş rayonu, Qaraoğlan kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Həbibov Təhməz Bayram oğlunun vəziyyəti maddi durumu ağırdır: “Təhməz Həbibov Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşub, dəfələrlə yaralanıb, ayağının hər ikisini müharibədə itirib. İndi heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. İki oğlu var, əmək qabiliyyətlidirlər, amma iş tapa bilmirlər. Təhməz Həbibovun kənddə yaşadığı ev qəza vəziyyətindədir, yağış, qar, nə yağırsa, başlarına düşür, ev hər an uça bilər. Vaxtilə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maşın verilib, bu gün o maşın da yararsız vəziyyətdədir. Vətən yolunda sağlamlığını, ayaqlarını itirən bir şəxsin bu cür ağır, dəhşətli vəziyyəti Allaha da, bəndəyə də xoş getməz. Ona köməklik göstərmək ən böyük savab iş olar, köməklik etsəniz, çox böyük savab qazanarsınız. Xahiş edirik ki, Təhməz Həbibova əlinizdən gələn köməkliyi göstərərsiniz. Xahiş edirik ki, Qarabağ əlilinə ev verilməsi, yeni ev verilənədək evinin təmir olunması, övladlarının işlə təmin olunması üçün təşəbbüs edəsiniz”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR