İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər Quliyev vəfat etdi (yenilənib)

9394 29.01.2015 11:27 Son xəbər A A
Tanınmış politoloq Zəfər Quliyev bu gün səhər saatlarında ürəktutmasından Tiflisdə vəfat edib. 

Bu barədə Musavat.com-a Z.Quliyevin çalışdığı Minval.az saytının təsisçisi Rauf Arifoğlu xəbər verib. 

Baş redaktorun sözlərinə görə, ürək damarlarında tıxanıqlıq olması səbəbindən rahatsız olan Zəfər Quliyev Tiflisə yola salınmışdı: "Orada onun ürəyinə stend yerləşdirilməliydi. Ancaq Tiflisdə həkimlər onun ürəyində açıq əməliyyat keçirməyin vacib olduğunu bildirib, tövsiyə ediblər ki, dərhal əməliyyat olunsun. Onu "anju" edən həkimlər deyiblər ki, gecikdirmək olmaz. Onlar mənimlə də danışdılar və hətta əməliyyatın da riskli olduğunu, lakin başqa çarənin qalmadığını dedilər. Zəfər Quliyev tərəddüd edirdi.  Ən sonda əməliyyata Bakıya dönmədən girməyə razılıq verib". 

Həyat yoldaşı Lalə Nərimanın musavat.com-a verdiyi xəbərə görə, Zəfər Quliyev bu gün, 29 yanvarda əməliyyat olunmağa razılaşıbmış. "Lakin mənə dedi ki, çox həyacan keçirir və əməliyyata girməkdən qorxur. Bizi artıq palataya yerləşdirmişdilər. Amma gecənin ikinci yarısı oyadı, mənə dedi ki, çox pis yuxu gördüm. Az sonra vəziyyəti pisləşdi. Həkimlər neçə saat çalışdılar. Lakin onu xilas etmək mümkün olmadı" .   

Qeyd edək ki, 62 yaşlı Zəfər Quliyev ölkənin tanınmış politoloqlarından və ictimai-siyasi xadimlərindən biriydi. 

Allah rəhmət eləsin!


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR