İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda şəhid ailəsinin evi yanıb

727 08.11.2016 21:05 Son xəbər A A
Xaçmaz rayonunda şəhid ailəsinə məxsus fərdi yaşayış evi yanıb. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qarğalıq kəndində baş verib. 

Belə ki, həmin kənddə yaşayan Cavid Hilal oğlu Tağıyevə məxsus ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Yanğın zamanı xəsarət alan olmasa da 6 otaqlı yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR